Azərbaycanda pulsuz çimərliklər yaradılacaq - VİDEO
Azərbaycanda yeni çimərliklər yaradılacaq.
Mynews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu haqda Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı nazirlikdə aidiyyəti qurumların nümayəndələri ilə çimərlik turizminin inkişafı məqsədilə görüş keçirilib.
Görüşdə bildirilib ki, digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük turizm potensialı var. Lakin bəzi çimərliklər standartlara cavab vermir, aşağı səviyyədə xidmət göstərilir. Təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmur. Elə buna görə də Bakıda və bölgələrdə yeni çimərliklərin yaradılması nəzərdə tutulur.
Çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanıb və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub.
Nazirliyin açıqlamasına görə, vahid çimərlik mövsümünün müəyyən olunması da zəruridir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1008 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 967 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 956 dəfə oxunub