Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda bütün qəbirlər eyni formada olacaq - VİDEO

Bütün yerlər üçün standart qiymət tətbiq ediləcək

Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılacaq. Bunun üçün qanun layihəsi hazırlanıb və müvafiq qurumlarla müzakirə edilib. Mynews.az  "Xezerxeber"ə istinadən verdiyi xəbərə görə, yeni qəbiristanlıqda bütün qəbirlər eyni formada olacaq və bütün yerlər üçün standart qiymət tətbiq ediləcək. 

Ölkənin bütün şəhər və kəndlərində yaradılması nəzərdə tutulan belə qəbiristanlıqlar üçün yeni qanun layihəsi də hazırlanıb və əlaqədar instansiyalarda müzakirə edilib. Yeni qəbiristanlıqlarda qiymət də ucuz olacaq və bütün yerlər üçün eyni tarif tətbiq ediləcək. Artıq kənd yerlərində belə qəbiristanlıqlara hansı qurumun nəzarət edəcəyi də bəllidir.

Yeni qanun layihəsinin yaxın aylarda müzakirə ediləcəyi gözlənilir. Bundan sonra nümunəvi qəbiristanlıqların dəqiq yerləri müəyyənləşdiriləcək.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...