Sabaha olan hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Mynews.az -a verilən məlumata görə, havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 771 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, aprelin 26-28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 940 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 930 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 929 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 927 dəfə oxunub