“MTN əməkdaşlarına 450 min manat verdim” - Generalların məhkəməsi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natavan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mynews.az Teleraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş, Moskva Dövlət Açıq Universitetinin bağlanan Bakı filialının prorektoru olmuş Ramazan Hüseynov ifadə verib.
Ramazan Hüseynov bildirib ki, pulu keçmiş MTN əməkdaşı Nazim Nəsibova verib.
Onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğu müəyyən edilib. Zərərçəkmiş həmin məsələyə belə münasibət bildirib: "İfadəmi oxumadan imzaladım, bəzi hissələri müstəntiq mənim adımdan yazıb".
Ramazan Hüseynov Sübahir Qurbanovu tanımadığını, ona pul vermədiyini bildirib. O, ifadəsində MTN əməkdaşlarına 450 min manat verdiyini deyib.
Ramazan Hüseynov istintaq zamanı üç dəfə ifadəsini dəyişib. O, əvvəlcə pulu MTN əməkdaşı Nazim Nəsibova, ikinci dəfə Akif Çovdarova verdiyini bildirib. Zərərçəkmiş üçüncü dəfə başqa formada ifadə verib.
Proses günün ikinci yarısında davam edəcək.
***
Gününü ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natavan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə iki şahid ifadə verib. Onlar zərərçəkmiş Ramazan Hüseynovun epizodu üzrə danışıblar.
Növbəti proses aprelin 27-də davam edəcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub