Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda saxlanılan erməninin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən M.Ueldanov özünü təqsirli bilməyib. İclasda 5 şahid ifadə verib.

Proses aprelin 28-də davam etdiriləcək.

İttihama görə, ötən il iyulun 28-də Rusiya vətəndaşı M.Ueldanov Bakıda saxlanılıb. O, narkotik maddələrin külli miqdarda qanunsuz dövriyyəsində ittiham edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...