Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elçin Əlibəylidən televiziya rəhbərlərinə sərt sözlər - “Peşəkarları uzaqlaşdırdılar və..."

Tanınmış jurnalist, teletənqidçi Elçin Əlibəyli bu dəfə insanların yerli telekanallara baxmama səbəblərindən danışıb.

Peşəkar jurnalist Metbuat.az-a telekanallarda olan problmlərdən söz açaraq, onların həlli yollarını açıqlayıb.

Elçin Əlibəyli açıqlamasında İctimati Televiziyanın rəhbəri Cəmil Quliyevə sərt ismarıc yollayıb:

“İctimati Televiziyanın rəhbəri deyir ki, illərlə televizora baxmayanlar kanalları tənqid edirlər. Bu söz özü təsdiq edir ki, insanlar televiziyaya baxmırlar. Bunu isə kanal rəhbəri özü etiraf edir. Deməli baxmalı bir şey yoxdur ki, baxmırlar. İndi əsas məsələ, “niyə baxmırlar?” sualına cavab tapmaqdır. Şəxsən mən bilsəydim ki, mənim rəhbərlik etdiyim telekanala heç kim baxmır, onda növbəti dəfə öz namizədliyimi verməzdim. Yox baxıb tənqid edirlərsə, araşdırardım ki, niyə tənqid edirlər? İnsanlar kanaldan nə istəyir? Bu suallara cavab vermək üçün telekanallarda ictimai rəyin araşdırılması departamenti, sosial araşdırmalar departamenti olmalıdır. Təəssüf ki, bizdə bunlar da yoxdur. Biz bilmirik tamaşaçı nə istəyir.

Mənim dəfələrlə dediyim məsələ var. Nəsillərin fərqi var, saatlarına görə nəsillərin televiziyaya baxmaq vaxtı var. Biz hamısını bir-birinə qarışdırmışıq. Azərbaycan telekanalları model seçmirlər. Kanallarımızın əsas problemi budur. Yarısı Türkiyədən, yarısı da Rusiyadan model götürür. Bütün bunlar hamısı peşəkarlıq tələb edir. Təəssüf ki, peşəkarları televiziyalardan uzaqlaşdırdılar. Nəticə etibarilə, yerinə gələn insanların televiziya haqqında məlumatları ancaq ondan ibarətdir ki, bu qutu göstərir”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...