Bu rayonlarda məktəb var, amma şagird yoxdur
Azərbaycanda şagird sayı az olan rayonlar (şəhərlər) açıqlanıb.
Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, şagird sayı ən az olan 5 rayon (şəhər) Xocavənd, Şahbuz, Xocalı, Naftalan və Sədərəkdir.
Bu rayonlarda (şəhərlərdə) müvafiq olaraq 2.052, 2.021, 1.536, 1.349 və 1.296 şagird təhsil alır.
Azərbaycanda şagird sayı ən çox olan 5 rayon (şəhər) Sumqayıt, Abşeron, Gəncə, Şəmkir və Lənkəranda müvafiq olaraq 50.616, 47.031, 42.000, 34.148 və 31.179 şagird təhsil alır.
Təhsil alanların sayı ən çox olan rayon Sabunçu (59.088 nəfər), ən az olan isə Sədərək (1.296 nəfər) rayonudur.
Bundan əlavə qeyd olunub ki, Azərbaycanda 7 axşam, 6 qiyabi məktəb və sinif var.(azvision.az)
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 944 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 916 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 908 dəfə oxunub
loading...