Sabah şimşək çaxacaq, yağış yağacaq
Aprelin 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
ETSN-dən Mynews.az -a verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 599 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 585 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 577 dəfə oxunub