Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimizə yeni baş məşqçi təyin edildi - FOTOLAR

Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib. 

Mynews.az xəbər verir ki, federasiya rəhbərliyinin qərarına əsasən, gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat böyüklərdən ibarət komandaya baş məşqçi təyin edilib. 

Yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev böyüklərdən ibarət yığmanın böyük məşqçisi təyin edilib. 

Böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi İlqar Abdulov isə gənclərdən ibarət yığmanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...