Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Futbol federasiyasının prezidenti həbs edildi

Çexiya Futbol Federasiyasının prezidenti Miroslav Pelta polis tərəfindən saxlanılıb.

Mynews.az goal.az-a istinadən xəbər verir ki, Pelta Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Monako" - "Yuventus" oyununu izləmək üçün hava limanından yola düşərkən təhlükəsizlik orqanları tərəfindən tutulub.

Polis, həmçinin federasiyanın inzibati binasında da axtarış aparıb. Qurumun 3 işçisi və 1 hüquqi şəxsinə qarşı da ittiham irəli sürülüb. Pelta ilə yanaşı Çexiya İdman Şurası və idman departamentinin rəisi də həbs olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...