Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Braziliyalı futbolçu "Barsa"nı" yox, "Real"ı seçdi

"Flamengo"nun gənc yarımmüdafiəçisi Vinisius Junior karyerası ilə bağlı ilk ciddi seçimini edib.

Mynews.az goal.az-a istinadən xəbər verir ki, 16 yaşlı "sambaçı" Madrid "Real"ında oynamağa razı olub. Vinisius bunun üçün digər İspaniya nəhəngi "Barselona"nın təklifini rədd edib. Katalonlar ona görə 25 milyon avro xərcləməyə hazırdır. "Real" isə bonuslarla birlikdə 61 milyon avro ödəməli olacaq.

Bu transfer braziliyalı havbekin 18 yaşı tamam olanda, 2018 mundialından sonra reallaşacaq. O, Braziliyanın gənc istedadlarından biridir. V.Junior hücum xəttində 3 mövqedə oynamağı bacarır, amma özünü yarımmüdafiənin sol cinahında daha rahat hiss edir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...