Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib

Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib.

Mynews.az xəbər verir ki, fevralın 5-də keçiriləcək final oyununda Misir və Kamerun milliləri qarşılaşacaqlar.

Uqo Broosun baş məşqçisi olduğu Kamerun komandası finala gedən yolda Qana yığmasına iki cavabsız qolla qalib gəlib.

Finaldan bir gün əvvəl üçüncü yer uğrunda görüşdə isə Qana və Burkina-Faso yığmaları üz-üzə gələcəklər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...