Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zabit Səmədovun “Torqovı”da gəzintisi izdihama səbəb oldu - VİDEO

WBC Muaythai üzrə dünya çempionu Zabit Səmədov Bakının mərkəzində gəzintiyə çıxıb.

Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, may ayının 13-ə İstanbulda “Gebze” idman sarayında keçiriləcək görüş öncəsi doğma Vətəninə gələn idmançıya həmyerlilərimiz böyük maraq göstərib.

“Torqovı”da gəzintiyə çıxan Zabitə onlarla insan yaxınlaşıb və onunla şəkil çəkdirmək, imza almaq istəyib. Zabit sadə insan olduğu üçün heç kəsin qəlbini qırmayıb və onu sevənlərlə şəkil çəkdirib. Bir müddətdən sonra o qədər insan Zabitin ətrafına toplaşıb ki, idmançı hərəkət etməkdə çətinlik çəkib.

Azərbaycanı layiqincə təmsil edən Zabitə xalq da lazımi qiymət verir. Bayrağımızı idman arenalarında dalğalandıran Zabitin Bakıda gəzintisi izdihama səbəb olub.

Belçikadan olan idmançı Frederik Sinistra ilə qarşılaşma öncəsi Bakıda hazırlıqlarını davam etdirən idmançı böyük günü gözləyir.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...