Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan cüdoçusu - FİNALDA

Azərbaycan cüdoçusu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün cüdo üzrə keçirilən yarışlarda finala çıxıb.

Mynews.az-in məlumatına görə, finala vəsiqə qazanan idmançımız Aişə Qurbanlı 48 kq çəki dərəcəsində yarımfinalda iordanialı cüdoçu Aiah Kitaneh ilə qarşılaşıb.

İdmançımız rəqibi üzərində qələbə qazanaraq finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...