Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Onun adı Eleonora imiş - Siz də tanıyın - FOTOLAR

Məlum olduğu kimi, ötən gün Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi oyunlarının rəsmi açılış mərasimi baş tutub. 

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, möhtəşəm gecədə yadda qalan əsas məqam Mina və onun babası obrazı olub.  

Baba obrazını xalq artisti, aktyor Nurəddin Mehdixanlı canlandırıb. Minanın kim olması sosial şəbəkələrdə maraq doğurub. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əsas qəhrəman Minanın əsl adı Eleonora Yusifovadır. Onun hazırda 13 yaşı var. Eleonora 6 yaş yarımından etibarən bədii gimnastika ilə məşğul olur. 

Özündən başqa bir bacısı olan Eleonora Gimnastika Məktəbinin 6-cı sinif şagirdidir. 

Qeyd edək ki, balaca qızcığaz obrazını 5 dublyor canlandırıb.

Onun adı Eleonora imiş - Siz də tanıyın - FOTO

Onun adı Eleonora imiş - Siz də tanıyın - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...