Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan gimnastı IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı

Azərbaycan idmançısı Murad Ağarzayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında sərbəst hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Mynews.az xəbər verir ki, gimnastımız M.Ağarzayev 14.400 balla bütün rəqiblərini qabaqlayıb.

Gümüş medala Əlcəzair təmsilçisi Əhməd Anis Mauc (13.350 bal), bürünc medala isə türkiyəli Əhməd Öndər (13.100) sahib çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...