Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı-2017: 3 güləşçimiz qızıl medalın bir addımlığında

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, final uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Kairatbek Tuqolbaev olub.

Güləşçimiz rəqibinə 3:2 hesabı ilə qalib gələrək qızıl medal uğrunda mübarizə aparmaq şansı əldə edib.

E.Mürsəliyevə qədər iki güləşçimiz - İslam Abbasov (85 kq) və Kamran Məmmədov (66 kq) da finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...