Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Olimpiya çempionumuz bütün yarışlardan uzaqlaşdırıldı - YENİLƏNİB

“İstifadəsi qadağan olunan hər hansı preparatdan istifadə etməmişəm".

Mynews.az
 Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov mətbuat üçün açıqlamasında deyib.

25 yaşlı idmançı dopinqdən tam uzaq idmançı olduğunu bildirib: “İlin əvvəlində Hindinstanda iştirak etdiyim Peşəkar Güləş Liqasının yarışları zamanı qida rasionunda dəyişiklik zamanı çox güman ki, orqanizmimə belə maddə düşüb. Hər zaman ədalətli mübarizə prinsiplərinə sadiq qalmışam və yenə də sadiq olacağam”.

Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında zədə üzündən güləşməyəcəyini bildirib: “Azarkeşlər narahat olmasın, onsuz da zədəmlə bağlı bir müddət güləşməyəcəyəm. Əməliyyat olunmalıyam. Böyük qələbələr hələ irəlidir, Tam sağaldıqdan sonra yenidən böyük uğurlara imza atacağam”.

Qeyd edək ki, Toğrul Əsgərov 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub.

11:09

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. 

"Qaynarinfo" Report-a istinadən xəbər verir ki, T.Əsgərovun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb.

Yarışlardan kənarda götürülmüş dopinq-test nəticəsində onun orqanizmindən higenamin preparatı tapılıb. Bu preparatın ABŞ və Avropa Birliyi ölkələrində istifadəsi qanuni sayılır. Çəkini qorumaq məqsədilə istifadə olunan dərman vasitəsi bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunub. Onun Əsərovdan nə vaxt və hansı şəraitdə tapıldığı barədə məlumat verilmir. Yalnız o məlumdur ki, 25 yaşlı idmançı 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub. Bu səbəbdən, Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilər arasında yer almayacaq.

Siyahıya Azərbaycanın daha 3 güləşçisi də düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il - 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.

Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmin il Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...