Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

KİV: “Qarabağ” italiyalı hücumçunu alır

"Qarabağ” klubu İtaliya B Seriyasında “Trapani” komandasında çıxış edən hücumçu Nikola Çitronu transfer etmək istəyir. 

Mynews.az-ın xəbərinə görə, bu barədə Report “Tuttomercatoweb” nəşrinə istinadən məlumat verir.

“Fişano Messisi” ləqəbli Çitroya 3 illik müqavilə üçün 900 min avro əməkhaqqı təklif olunub. 29 yaşlı forvardı A Seriyasına yüksəlməyə yaxın olan “Benevento” da istəyir. Lakin futbolçunun özü “Qarabağ”ın cəlbedici təklifinə müsbət yanaşır.

Qeyd edək ki, Nikola Çitro 2016/2017 mövsümündə 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb, 1 matçda isə meydandan qovulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...