Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ronaldo həbs oluna bilər

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştiano Ronaldo vergi ödəməkdən yayındığı üçün 5 il müddətinə həbs oluna bilər. 

Mynews.az-ın məlumatına görə, "Marca" İspaniya Maliyyə Nazirliyinin portuqaliyalı hücumçunun ünvanına vergi xidmətinin ittihamlarını dəstəklədiyini yazıb. Hesablamalarından sonra Ronaldonun 2011 - 2013-cü illərdə 600 min avrodan çox vergi ödəməkdən yayındığı müəyyənləşib. Bu qayda pozuntusunu cinayət kimi qəbul edib, 32 yaşlı ulduz futbolçunu 5 il müddətinə həbs edə bilərlər.

Hökmün çıxarılmasına müxtəlif yumşaldıcı amillər - futbolçunun öz günahını etiraf etməsi və gizlətdiyi məbləği tam ödəməsi təsir edə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...