Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Barselona"nın transfer edəcəyi ilk ulduz

"Atletik"dən ayrılan və "Barselona"nın baş məşqçisi olacağı deyilən Ernesto Valverdenin yeni komandasındakı ilk transferinin kimliyi açıqlanıb.

Mynews.az xəbər verir ki, yeni baş məşqçinin rəhbərliyə təqdim etdiyi transfer siyahısının ilk pilləsində Ander Herrera yer alıb.

"Sport"un məlumatına görə, "Barselona" artıq ispan yarımmüdafiəçinin transferi üçün hərəkətə keçib.

Qeyd edək ki, Ander Herrera 2014-cü ildə "Atletik"dən "Mançester Yunayted"ə 36 milyon avroya transfer olunub. O, ispan klubunda Ernesto Valverdenin rəhbərliyi altında oynayıb. Hazırda "Transfermarkt"ın 28 milyon avro qiymət qoyduğu 27 yaşlı yarrımüdafiəçi cari mövsümdə 50 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Fanat.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...