Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə Qarabağ parkı açıldı - FOTOLAR

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) və Pursaqlar bələdiyyəsinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Ankarada Pursaqlar bələdiyyəsində Qarabağ parkı açılıb.

Mynews.az xəbər verir ki, parkın açılışında qardaş ölkənin tanınmış siyasi-ictimai xadimləri yanaşı, yüzlərlə insan iştirak edirdi. Açılışı giriş sözü ilə açılan Pursaqlar bələdiyyəsinin başqanı Çelçuk Çetin söz verdikləri kimi Qarabağ parkının açılışını etməkdən məmunluğunu ifadə edib.

Türkiyənin sabiq baş nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı professor Emruhallah İşlər beynəlxalq aləmin Qarabağ məsələsinə qarşı diqqətsizliyindən söz açıb.

Azərbaycan parlamentinin deputatı professor Elman Nəsirov bu gün tarixi hadisəyə imza atıldığını qeyd edib. İraq parlamentinin sabiq deputatı Fevzi Ekrem Terzioğlu açılışın Türk dünyası üçün mühum önəm kəsb etdiyini diqqətə çatdırıb.

Millət vəkili Qənirə Paşayeva Qarabağ məsələsinin həllində türk gəncliyinin üzərinə böyük məsuliyyət düşdüyünü və onların prosesdə fəal olmasına cağırıb. Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren işğalçı Ermənistanın Qarabağda işğal siyasətinə son verənə qədər mübarizənin sona qədər davam edəcəyini vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...