Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Totti futbola vida etdi - hər kəsi göz yaşlarına boğdu - VİDEO

İtalyan futbolçu Françesko Totti karyerasına son qoyub.

Kapitanı olduğu "Roma" futbol klubuna vida edən futbolçunu azarkeşlər və komanda yoldaşları göz yaşları içərisində yola salıb. 

Totti FİFA-nın "Dünyanın ən yaxşı 125 futbolçusu" siyahısında yer alır. 2 dəfə İtaliya milli futbol çempionatında ilin futbolçusu, 5 dəfə isə ilin italyan futbolçusu seçilib.

İtaliya milli futbol çempionatı tarixində ən çox qol vuran futbolçular sırasında 215 qol ilə 5-ci sıradadır. UEFA Çempionlar Liqasında və UEFA Avropa Kubokunda toplam 270 qol vurmuş və 143 qola assistentlik etmişdir.

2011-ci ildə Kriştiano Ronaldo, Ueyn Runi kimi futbolçuları qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu seçilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...