“Qarabağ”dan transfer bombası - 4.5 milyonluq futbolçu
Şənbə günü millimizlə qarşılaşacam Şimali İrlandiyanın hücumçusu Kayl Laffertinin Azərbaycan Premyer Liqasında çıxış etmək ehtimalı artır.
Fanat.az xəbər verir ki, artıq Britaniya mətbuatı da “Qarabağ”ın Lafferti ilə maraqlanması haqda məlumat yayıb. “Belfast Teleqraf” nəşri 29 yaşlı forvardla “Qarabağ”ın ciddi maraqlandığını yazıb.
Məlumata görə, “Qarabağ”ın məşqçilər korpusu Azərbaycan – Şimali İrlandiya qarşılaşmasında Laffertiyə göz qoyacaq və məhz bu oyundan sonra tərəflər arasında yekun danışıqlar başlayacaq.
Qeyd edək ki, Kayl Lafferti İngiltərə Premyer Liqasında çıxış edən “Norviç”in formasını geyinir. O, “Barnli” klubunun yetirməsidi. Bu klub onu 2008-ci ildə “Reyncers”ə 4.5 milyon avroya satıb. Daha sonra İsveçrənin “Sion” klubuna transfer olunan forvardı 2013-cü ildə “Palermo” 2.6, bir il sonra “Norviç” 4.5 milyon avroya alıb. Futbolçu 2015-ci ildə Türkiyənin “Çaykur Rizəspor”, bir il sonra İngiltərənin “Birmingem” klubuna icarəyə verilib. Hazırda “Transfermarkt” 29 yaşlı hücumçuya 1,5 milyon avro qiymət qoyub.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 979 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 945 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 935 dəfə oxunub