Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Futbolçu oyun zamanı pivə içərək qol vurub - FOTOLAR

Bolqarıstanın “Vereya” futbol klubunun müdafiəçisi İvan Bandalovski matç zamanı azarkeşlərdən biri tərəfindən meydançaya atılmış pivəni içib.

Mynews.az Report-a istinadən xəbər verir ki, maraqlı hadisə Bolqarıstan çempionatının pley-off matçında, Avropa Liqasında yer uğrunda "Levski" komandasıyla qarşılaşma zamanı baş verib.

Belə ki, Bandalovski pivəni içdikdən sonra oyunun 93-cü dəqiqəsində rəqib komandanın qapısına qol vuraraq hesabı bərabərləşdirib: 1:1.

Qeyd edək ki, oyun penatlilər seriyası ilə “Levski”nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.  

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...