Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Onun arvadı məndə olsa evdən çıxmazdım" - FOTOLAR

Braziliyalı Ronaldo "El Hormiguero"ya müsahibəsində "Real"da oynadığı dönəmlə bağlı maraqlı xatirələrini danışıb. 

Fanat.Az xəbər verir ki, veteran futbolçu gecə həyatına marağının klub rəhbərliyinin narazılığına səbəb olduğunu bildirib: 

"Bir gün klub prezidenti Florentino Peres mənə "Ronnie, niyə evində daha çox vaxt keçirtmirsən? Bax Fiqoya. O, həmişə evindədi, həyat yoldaşının yanında" deyib danladı. Mən də "Fiqonun arvadını görmürsən? O, mənim həyat yoldaşım olsaydı, mən də gecə əyləncəyə qaçmazdım, həmişə evimdə oturardım" deyə cavab verdim".

"Yekədiş" Florentino Peresin onun sözlərini Fiqoya çatdırdığını vurğulayıb: "Başqan dediklərimi Fiqoya danışmışdı. Çaş-baş qalmışdım. İnsanlar mənim əyləncələrimi çox müzakirə edirdi. Amma bu məclislərin nə qədər mükəmməl olduğunu bilmirdilər".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...