Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Futbolda bu da oldu - Baş məşqçi oyunçuya “kəllə atdı” - VİDEO

İspaniya Sequndasında futbolda nadir halda rast gəlinən hadisələrdən biri baş verib.

“Hueska”nın baş məşqçisi Xuan Antonio Ankela komandanın yarımmüdafiəçisi David Lopeslə dalaşıb.

Hadisə La Liqaya vəsiqə əldə etmək üçün “Xetafe” ilə keçirilən pley-off matçı (0:3) zamanı baş verib.

55-ci dəqiqədə Lopezi əvəzləyən Ankela narazılıqla üzləşib. Mütəxəssis də buna cavab olaraq, yarımmüdafiəçini başla vurub.

O, sonradan hərəkətini belə izah edib: “Oyunçular elə bilirlər ki, ağıllarına nə gəlirsə, danışa bilərlər. O, mənə narazılığını bildirdi, mən də ona. Bu da normal haldı. Belə hadisə nə birinci dəfə yaşanır, nə də sonuncu”.

Qeyd edək ki, “Xetafe” 2 oyunun nəticəsinə görə (0:0, 3:0) pley-offun finalına yüksəlib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...