Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Real"dan Ronaldo açıqlaması - gedir, yoxsa qalır?

"Real"ın prezidenti Florentino Peres Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, klub rəhbəri ulduz futbolçunun Madridi tərk edəcəyinə inanmadığını deyib.

Ronaldonun 14,7 milyon avro vergidən yayınması ilə bağlı haqqıda iddia qalodırılması səbəbindən haqsızlığa məruz qaldığı üçün İspaniyadan ayrılmaq istədiyi deyilir. Artıq iki həftədi futbol dünyası bu xəbəri müzakirə edir.

"EsRadio"ya danışan Peres "Kriştiano Ronaldo çox hirslənib, bunu bilirəm. Amma məncə komandada qalacaq. İndi sadəcə Konfederasiyalar Kubokunun bitməsini gözləməli və onunla danışıqlara başlamalıyıq" deyib.

Peres indiyədək Ronaldo ilə bu barədə danışmadığını bildirsə də, futbolçunun meneceri Xorxe Mendeslə danışdığını bildirib.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...