Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Formula-1” üzrə III Azərbaycan qran-prisinin tarixinin dəyişməsinin səbəbi açıqlandı

“Formula-1” üzrə III Azərbaycan qran-prisinin 2018-ci ilin aprel ayının sonunda keçirilməsinin səbəbi açıqlanıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki,  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlər planlaşdırıldığından yarışın vaxtının dəyişdirildiyini deyib: “Gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən müvafiq dövlət qurumları bizə müraciət edərək paddokun yerləşdiyi ərazini boşaltmağı xahiş edib. Nəticədə biz başqa tarixlər barədə düşünməyə başladıq. Ardınca biz kral birinciliyinin rəhbərliyinə müraciət etdik. İki variant var idi: aprelin sonu və ya iyunun əvvəli. Danışıqlardan sonra qran-prinin tarixinin dəyişdirilməsinə nail olduq. Bəxtimiz gətirdi ki, Rusiya tərəfi də Soçi qran-prisinin tarixini dəyişmək istədi. Nəticədə boşalan yeri biz tutduq. O ki qaldı sezonun final hissəsinə, orada hər şey həddən artıq yüklənib - biz anlayırdıq ki, ora düşməyə şansımız yoxdur. Əsas odur ki, aprel ayının sonunda hava şəraiti əlverişlidir, hətta arxada qoyduğumuz qran-prinin keçirildiyi tarixdən də yaxşıdır. Tribunalarda o qədər də isti olmayacaq. Bu səbəbdən biz daha çox azarkeş toplamağı planlaşdırırıq”.

Xatırladaq ki, “Formula-1” üzrə II Azərbaycan qran-prisi 23-25 iyun tarixlərində baş tutub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...