Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Minə yaxın snayper Bakıya gəlir

Bakıda atıcılıq üzrə Avropa çempionatına qatılacaq ölkələrin və snayperlərin sayı açıqlanıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, 25 m, 50 m, 300 m məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə atıcıların qatılacağı yarışa 43 ölkənin yığması qatılacaq.

İyulun 21-dən avqustun 4-dək olacaq çempionatda 932 snayper dəqiqliyini yoxlayacaq. Onlar arasında yeniyetmələr də olacaqlar ki, həmin idmançılar Yeniyetmələrin Olimpiya Festivalına lisenziya üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionat Bakı Atıcılıq Mərkəzində olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...