Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” - “Samtredia” oyunu üçün biletlərin qiymətləri açıqlandı

Ağdamın “Qarabağ” komandasının Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Gürcüstan təmsilçisi “Samtredia” ilk oyunu üçün biletlərin satışa çıxarılacağı tarixi və qiymətləri açıqlayıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq, 1, 2 və 5 manat arasında dəyişir.

VİP biletlərin dəyəri isə 30 manat təşkil edir. Azarkeşlər iyulun 7-dən etibarən biletləri əldə edə biləcəklər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...