Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

20 yaşlı futbolçunun ürəyi dayandı - YENİLƏNİB-FOTO - VİDEO

Amsterdamın “Ayaks” futbol komandasının oyunçusu Əbdülhaq Nuri yoldaşlıq görüşü zamanı huşunu itirib və həkimlər tərəfindən təcili helikopterlə xəstəxanaya çatdırılıb.

Mynews.az-ın “R Sport”a istinadən verdiyi xəbərə görə, insident oyunun 72-ci dəqiqəsində baş verib. Özünü qəfil pis hiss edən futbolçu qazonun üzərinə uzanıb və huşunu itirib. 20 yaşlı idmançı xəstəxanaya helikopterlə çatdırılıb. 

Ə.Nuriyə ürək ritminin pozulması diaqnozu qoyulub. İdmançı komaya salınaraq süni nəfəs aparatına qoşulub. Hazırda yarımmüdafiəçinin həyatına təhlükə yoxdur. 

***
Ajax" - "Bremen" hazırlık matçında faciə baş verib.

Mynews.az unikal.org-a istinadən bildirir ki, 20 yaşlı "Ajax" futbolçusu Abdelhaq Nourinin ürəyi dayanıb.

Gənc oyunçuya 20 dəqiqə ürək masajı edilib, daha sonra isə helikopterlə xəstəxanaya aparılıb.
Hazırda onun yuxu vəziyyətində olduğu bildirilir.

20 yaşlı futbolçunun ürəyi dayandı - FOTO - VİDEO - YENİLƏNİB

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...