Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Barselona" istədi, "Real" aldı

"Real" növbəti transferini reallaşdırmağa hazırlaşır. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Dani Keballosu heyətinə qatıb.

U-21-lər arasında Avropa çempionatındakı performansı ilə diqqətləri üzərinə çəkən gənc futbolçu bir çox Avropa nəhənginin maraq dairəsinə düşmüşdü. Həmçinin "Real"ın əzəli rəqibi "Barselona" da onu transfer etməyə çalışırdı. Lakin Keballos "Kral Klubu"nu seçib. 

"Marca"nın məlumatına görə, futbolçu ilə yaxın günlərdə 6 illik müqavilə imzalanacaq. "Real" bu transferə görə "Betis"ə 18 milyon avro ödəyəcək. 

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...