Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Zirə” irqçiliyə qarşı!

Futbolda irqçilik dünyəvi problemə çevrilib. Futbolçular, hakimlər və hətta azarkeşlər də təkcə dəri rənglərinə görə irqçiliyə məruz qalmırlar. Onlar yaşadıqları ölkə, cəmiyyət və ya mənsub olduqları dini, ümumi görünüşünə görə də təhqirlər eşidir, təzyiqlərə məruz qalırlar. Bəzən çıxış etdiyi komandanın azarkeşləri tərəfindən də bu kimi hallarla qarşılaşanlar olur.

Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakının “Zirə” klubu futbolun gözəlliyinə ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pisləyir, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edib.

Hazırda dünya futbolunu bürüyən irqçilik bəlasının Azərbaycan stadionlarında yaşanmaması, ölkəmizin həmişə bu baxımdan müsbət mənada fərqlənməsi üçün hər kəs əlindən gələni etməlidir. Klub irqçiliyə qarşı mübarizədə hamını bir olmağa çağırır. Klublar, futbol adamları və azarkeşlər bu cür məsələlərdə daha diqqətli olmalı, xoşagəlməz hadisələrə yol verməməlidir.

Klub irqçiliyə qarşı mübarizədə təbliğatın ən önəmli məsələ olduğunu vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...