Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qalatasaray" PSJ-nin ulduzunu transfer edir: 10 milyon...

"Qalatasaray" daha bir ulduz futbolçunu heyətinə qatmaq istəyir. Mynews.az Fanat.az-a istinadən xəbər verir ki, PSJ-nin futbolçusu Hatem Ben Arfanı heyətinə qatmaq istəyir.

"Qalatasaray" artıq fransızlarla danışıqlara başlayıb. Hücumçunun arxasında - 10 nömrə mövqeyində oynayan 30 yaşlı Ben Arfanın PSJ-dən getmək istədiyi deyilir. Klub da onunla yolları ayırmaq niyyətindədi. Bu səbəbdən parislilərin transfer haqqında güzəşt edəcəyi deyilir.

Qeyd edək ki, hazırda "Transfermarkt"ın 10 milyon avro qiymət qoyduğu Ben Arfa indiyədək "Lion", "Marsel", "Nyukasl", "Nitsa" və PSJ klublarının formasını geyinib, Fransa millisində 15 oyun keçirərək 2 qol vurub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...