Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölkə çempionu 0:7 uduzdu - 7 futbolçu və məşqçisi həbs edildi

Albaniya çempionu “Kukesi” klubu Avtriyada təlim məşq toplanışında xoşgəlməz halla qarşılaşıb.

Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, burada yoxlama görüşündə qüvvəsini sınayan albanlar “Dinamo Moskva” ya 0:6, “Volfsberq”ə isə 0:7 hesabı ilə uduzublar. Oyunların nəticələrindən sonra Avstriya polisi “Kukesi” klubunun 7 oyuçusu və məşqçilərini həbs edib. Onlar oyunun nəticələrinə görə şübhəli bilinərək dindiriliblər. 

Dindirmədən sonra sərbəst buraxılsalar da, haqlarında araşdırma davam edəcək. 

Qeyd edək ki, “Kukesi” klubu sabah UEFA Çempionlar Liqasındın II təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşacaq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...