Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan futbolunda biabırçılıq: - "İnter" Bakı borca görə oyunları satdı

"Qarabağ" kubokun qalibi olub

Moldova millisi və Bakı "İnter"inin sabiq futbolçusu İon Testimitsianu sensasion açıqlama edib. İstiPress-in məlumatına görə, o, hazırda fəaliyyətini dayandıran “Bakı” ilə 2008/2009 mövsümündə aralarındakı rəqabətdən danışıb. 

"Demək olar ki, bütün çempionat boyu biz turnir cədvəlinin ilk pillələrində bərabər addımlayırdıq. Bizim “Bakı”dan 1, ya 2 xallıq üstünlüyümüz vardı. Onda onlara ilk oyunda 3:1 qalib gəlmiş, ikici matçda 0:1 hesabı ilə uduzmuşduq. Yaxşı kollektivimiz vardı və kubokun finalına vəsiqə qazanmışdıq.

Azərbaycana gedəndə demişdim: mən çempion olmaq və arzumu gerçəkləşdirmək istəyirəm. Amma sonradan elə alındı ki, məni, Oleq Şişkini və Valentin Belkeviçi hansı ki, komandanın aparıcı oyunçuları idi, son 4 oyunda heç bir səbəb göstərmədən iştirak ərizəsinə salmadılar. Bildiyimə görə, o vaxt klub rəhbərliyinin borcu vardı. Ona görə də onlar sadəcə, çempionluğu satdılar. Mən buna görə hiddətləndim, hətta klubun idman direktorunun yanına da getdim. Xahiş etdim ki, müqavilə ilə mənə çatacaq pulu ödəsinlər və beləliklə, vətənə qayıtdım. Sonra poçtla mənə gümüş medal göndərdilər. Amma mən qəlbimdə özümü Azərbaycan çempionu sayıram. Ölkə kubokunun finalına da televiziyada baxdım və sadəcə, güldüm. Çünki onlar finalı da satmışdılar. Öleq Şişkin oyundan sonra mənə zəng vurmuşdu, qəzəbli şəkildə dedi: “Vanya, bu, biabirçılıqdı”.

Qeyd edək ki, 2008/09-cu ildə Azərbaycan çempionu “Bakı”, kubokun qalibi isə “Qarabağ” olub.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...