Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oyun zamanı huşunu itirən futbolçu iə bağlı - PİS XƏBƏR - FOTO

Bundesliqa təmsilçisi "Verder Bremen"lə təlim-məşq toplanışı çərçivəsində keçirilən yoldaşlıq matçı zamanı yerə yıxılan "Ayaks"lı futbolçunun başında ciddi problem aşkarlanıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, təcili xəstəxanaya çatdırılan 20 yaşlı futbolçu Nourinin beynində qalıcı və ciddi problemin olduğu açıqlanıb.

Bu haqda Abdelhak Nourinin sağlamlıq vəziyyəti ilə bağlı klubundan edilən açıqlamada məlumat verilib.

Nourinin beyninə bir müddət oksigen getmədiyindən ciddi fəsadlara gətirib çıxarıb.

Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi olan 20 yaşlı Mərakeş əsilli hollandiyalı futbolçu gələcəyin ulduzları arasında göstərilirdi.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...