Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Real" nümayəndələrinin Messini üstün tutması ona hörmətsizlik olardı"

"Real Madrid"in eks futbolçusu Fernando Morientes "Messi və Ronaldo" polemikasına fikir bildirib. Madrid klubunun yetirməsi portuqaliyalı ulduzu daha üstün tutub. Goal.az xəbər verir ki, Morientes bu seçiminin subyektiv səbəblərlə əlaqədar olduğunu etiraf edib.

"Mənə görə, Ronaldo həmişə Messidən güclüdür. O, "Real"da çıxış edir. Heç vaxt deməmişəm ki, Messinin oyununu bəyənmirəm. Onun oyunu məni heyran edir. Messi xüsusi futbolçudur. Amma Ronaldo da bizə çox sevinc bəxş edib. Buna görə "Real" nümayəndələrinin Messini ondan üstün tutması hörmətsizlik olardı. Ronaldo klubun əvvəlki hücumçularında görmədiyimiz şeyləri göstərib. Kriştianu hörmət və ehtirama layiqdir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...