Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan klubu "Qalatasaray"la qarşılaşa bilər - Avroliqanın püşkü atıldı

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan klubları “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibələri bəlli olub.

“Qəbələ” “Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.

“İnter” ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi “Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) – “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmada “Ostersun” Türkiyə klubuna 2:0 hesabı ilə qalib gəlib.

“Zirə” – “Astra” (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...