Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Formula-1 üzrə Britaniya Qran-Prisinin qalibi müəyyənləşdi

Formula-1 üzrə Britaniya Qran-Prisinin qalibi müəyyənləşib.

Mynews.az xəbər verir ki, “Silverstoun” trasında “Mercedes” pilotu Luis Hemilton birinci olub.

Yarışda ikinci yeri onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas tutub.

“Ferrari”nin pilotu Kimi Raykonnen üçüncü yerdə qərarlaşıb.

Cari mövsümdə 10 Qran-Pridən sonra Lüis Hemilton 176 xalla 2-ci pillədədir. İlk pillədə cəmi 1 xal öndə olan “Ferrari” pilotu Sebastyan Fetteldir. Bolidlərin mübarizəsində isə 330 xalla “Mercedes” birinci, 275 xalı olan “Ferrari” ikincidir. Növbəti mərhələ 28-30 iyulda Macarıstanda olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...