Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Reytinq cədvəli açıqlanıb

Milli komandaların FİFA-nın reytinq siyahısı ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Mynews.az apaspor-a istinadən xəbər verir ki, dünya yığmalarının martın 9-da rəsmən dərc ediləcək cədvəldəki təxmini mövqeləri və xalları bəlli olub.

2 gün öncə açıqlanan fevral reytinqindən sonrakı müddətdə az sayda oyunun keçiriləcəyindən ciddi dəyişikliklər gözlənilmir. Baş tutacaq qarşılaşmalarla bağlı isə ehtimal nəticələr nəzərə alınıb.
 
Azərbaycan millisi növbəti matçını martın 9-da, reytinqin açıqlanacağı gün keçirəcək. Bu üzdən Qətərlə görüş siyahıda əksini tapmayacaq. Hərçənd FİFA bu matçı növbəti dövr üçün hesablanacaq siyahıda da göstərib. Amma cədvəlin dərcindən sonra başlayacaq oyunun nəzərə alınması mümkünsüz görünür.
 
Bu da o anlama gəlir ki, yığmamız hesabat dövründə heç bir matça çıxmayacaq. Amma 28 gün komandamızın əmsalına təsir edəcək. Hazırda 388 xalla planetin 89-cusu olan Robert Prosineçkinin yetirmələrinin 8 xal itirməsi proqnozlaşdırılır. 380 xal mövqeyimizi qorumaq üçün yetərli olacaq. Bir sözlə, milli yenə 89-cu olacaq.

Millimiz və "qonşular"ı
84 (85). Qətər - 415
85 (88). Ermənistan - 414
86 (86). Çin - 407
87 (87). Qabon - 399
88 (87). Keniya - 392
89 (90). Azərbaycan - 380
90 (90). Antiqua və Barbuda - 370
91 (91). Zambiya - 368
92 (92). Liviya - 366
93 (93). Ruanda - 364
94 (96). Qazaxıstan - 357
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə yalnız xal dəyişiklikləri olacaq.
 
İlk "onluq"
1 (1). Argentina - 1644
2 (2). Braziliya - 1534
3 (3). Almaniya - 1443
4 (4). Çili - 1389
5 (5). Belçika - 1379
6 (7). Fransa - 1318
7 (6). Kolumbiya - 1312
8 (8). Portuqaliya - 1240
9 (9). Uruqvay - 1200
10 (10). İspaniya - 1162
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız Çexiyanın mövqeyi dəyişəcək. Bu komandanı 4 pilləlik irəliləyiş gözləyir. Növbəti yoxlama oyunundakı rəqibimiz Qətər 1 addım irəliləyərək, 84-cü pillədə qalıb.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya - 1433
35 (35). Şimali İrlandiya - 772
42 (46). Çexiya - 684
81 (81). Norveç - 426
202 (202). San-Marino - 17
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 2 pillə geriləməklə 26-cı yerə düşüb. "Ay-ulduzlular"ın hesabında 851 xal var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...