Azad Rəhimov II Avropa Oyunlarının Koordinasiya Komissiyasına üzv seçildi
2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının Koordinasiya Komissiyasının tərkibi açıqlanıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) elan etdiyi üzvlər siyahısına yenə Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos başçılıq edir.
O, “Bakı-2015” I Avropa Oyunlarında da eyni funksiyanı yerinə yetirib. Onun müavini Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Oyunları konsepsiyasının müəllifi Zlatko Matesadır. Ayrı-ayrı ölkələrin Milli Olimpiya komitələrindən komissiyaya üzv qismində Sergey Bubka (Ukrayna), Aleksandr Jukov (Rusiya), Alexandro Blanko (İspaniya), Dayna Qudzineviçyute (Litva), Andrjey Krasniçki (Polşa), Nils Niqard (Danimarka), Hasan Arat (Türkiyə), Mixael Vesper (Almaniya), Jan-Mişel Brön (Fransa), Liney Halldorsdottir (İslandiya), Corce Visaçki (Serbiya) və Jan Paterson (Böyük Britaniya) daxil edilib.
Eyni zamanda, qitənin 6 növ - atletika, stolüstü tennis, velosiped idmanı, cüdo, badminton və kanoe üzrə federasiyalarının prezidentləri komissiyada yer alıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə EOC rəsmiləri ilə birgə komissiyada təmsil olunacaq. O, siyahıya baş direktor kimi “Bakı-2015”-in uğurlu təşkilindəki aparıcı rolu ilə əlaqədar salınıb. EOC rəsmiləri isə hazırda qurumun prezidenti vəzifəsini icra edən Yanez Kosyançiç, baş katib Raffaele Panyotsi, xəzinədar Kikis Lazaridis və İcraiyyə Komitəsinin üzvü Mark Teyzendir.
A.Rəhimovun komissiya üzvü seçilməsi xəbərini Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova da təsdiqləyib.
Eyni zamanda, hazırlıq işlərinə ekspert və məsləhətçilər cəlb olunub.
Qeyd edək ki, II Avropa Oyunları 20-30 iyun 2019-cu ildə keçiriləcək. a
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 969 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 937 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 928 dəfə oxunub