Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Neftçi"nin Çempionlar Liqasında nə işi var? - Telekanal komandaları qarışdırdı

Çempionlar Liqasının ıı təsnifat mərhələsinin cavab matçında “Qarabağ” Gürcüstanda “Samtredia”nın qonağıdır.

 “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanan matçın 61-ci dəqiqəsində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov əvəzetməyə ehtiyac duyub. Təcrübəli mütəxəssis hesabı açan Donald Geryeni meydandan çıxaraq, Əfran İsmayıllovu oyuna atıb.

Oyunçu əvəzetməsini göstərən titrda isə “Qarabağ”ın yox, “Neftçi”nin loqosunun olması diqqət çəkib.

Qeyd edək ki, “Neftçi” ötən mövsüm 8 komanda arasında Premyer Liqanı 7-ci pillədə tamamlayıb.

Yenicag.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...