Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qalatasaray"dan PSJ-nin 40 milyonluq ulduzuna təklif

"Qalatasaray" dünya səviyyəli ulduzu heyətinə qatmağa hazırlaşır. Mynews.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Həmkarlarımız iddia edir ki, İstanbul klubu PSJ-nin ulduzu Lukasa elçi düşüb. Braziliyalı futbolçunun menecerindən müsbət cavab alan "Cim-Bom" rəhbərliyinin yaxın günlərdə rəsmi təkliflə PSJ-yə müraciət edəcəyi deyilir.

Qeyd edək ki, PSJ Lukası 2013-cü ildə "San Paulo"dan 40 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 38 milyon avro qiymət qoyub. 27 yaşlı forvard ötən mövsüm PSJ-nin heyətində 53 oyun keçirib və 19 dəfə fərqlənib. O, 2011-ci ildən çağrıldığı Braziliya millisində 36 oyuna çıxaraq 4 qol vurub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...