Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Neymar danışdı - "Barselona"dan gedir?

"Barselona"dan ayrılacağı deyilən Neymar açıqlama verib. Mynews.az fanat.az-a istinadən xəbər verir ki, PSJ-nin transferi üçün 222 milyon avro təklif etdiyi deyilən braziliyalı ulduz Kataloniya klubundan getməyəcəyini deyib.

Goal.com-a danışan Neymar "Barselona"da xoşbəxt olduğunu bildirib: "Burda keçirdiyim son mövsüm mənim ən yaxşı mövsümüm idi. Komandaya və şəhərə daha çox uyğunlaşdım. Bu vəziyyət hər futbolçunun performansına müsbət təsir edir. Yeni mövsümə daha yaxşı hazırlaşıb uğurlar qazanacağıq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...