Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən bahalı gənc futbolçusunun adı açıqlandı

London “Tottenhem”inin və İngiltərə yığmasının yarımmüdafiəçisi Dele Alli Soccerex-in versiyasına görə 21 yaşa qədər futbolçular arasında dünyanın ən bahalı idmançısı seçilib. 

Mynews.az-ın məlumatına əsasən, bu barədə şirkətin saytında məlumat verilib.

21 yaşlı idmançının qiyməti  82,6 milyon avrodur. Reytinqdə ikinci yeri Fransa yığmasının və “Monako”nun 18 yaşlı hücumçusu Kilian Mbappe tutur, onun qiyməti 61,7 miyon avrodur.

Dünyanın ən bahalı gənc futbolçuları reytinqində üçlüyü daha bir fransız – Dortmund “Borussiya”sının 20 yaşlı forvardı Usman Dembele (60,9 milyon avro)  tamamlayır.

Şirkət oyunçuların qiymətini hesablayarkən, yaş, sahədəki mövqe, klubla müqaviləsinin müddəti, beynəlxalq səviyyədə qol və matçların sayı kimi göstəriciləri analiz edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...