Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” – “Şerif” matçının vaxtı açıqlandı

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şerif” (Moldova) matçının başlama vaxtı müəyyənləşib.

Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun iyulun 25-i, saat 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Moldovada oynanılacaq.

Qeyd edək ki, “Qarabağ” ikinci təsnifat mərhələsində “Samtredia”nı (Gürcüstan) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...