Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” – “Şerif” matçının biletlərinin satışa çıxarılacağı tarix açıqlandı - QİYMƏT

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, azarkeşlər iyulun 21-i, saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 5 manat, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 21:00-da başlayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...