Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ”-“Şerif” oyununu idarə edəcək hakimlərin adları açıqlanıb

Ağdamın “Qarabağ” komandasının Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə ilk görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb.

Mynews.az-ın report-a istinadən verdiyi məlumata görə, iyulun 25-də Bakıda keçiriləcək matç belaruslu ədalət təmsilçilərinə həvalə olunub.

Oyunun baş hakimi Sergey Tsınkeviçdir. Ona Yevgeni Romanovla Vitali Malyutsin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Şimusik yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da başlayacaq. Bu kollektivlər arasındakı cavab görüşü avqustun 1-də olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...